Hər layihə yeni yanaşma, yeni ideya və yeni məsuliyyət deməkdir. Artıq 17 ildir ki, fotoqrafiya sahəsində çalışır, bu illər ərzində reklam kampaniyaları, korporativ tədbirlər və müxtəlif fərdi layihələr üzərində təcrübə qazanıram. İstər reklam kampaniyası, istər korporativ tədbir, istərsə də şəxsi çəkiliş olsun, əsas məqsədim layihənin xarakterini düzgün ifadə etməkdir. Vizual estetika ilə funksionallığın balansını qorumağa çalışıram. Hazırladığım hər kadr təsadüfi deyil, düşünülmüş bir prosesin nəticəsidir. Sadəlik, keyfiyyət və detallara diqqət iş prinsipimin əsasını təşkil edir.

 

İnanıram ki, uğurlu foto insanı baxmağa yox, dayanıb baxmağa məcbur edir